Müəlliflər məqalələrinin orijinal olmasına, əvvəllər çap edilməməsinə və yalnız bu jurnala təqdim edilməsinə əmin olmalıdırlar. Müəlliflər həmçinin hazırladıqları məqalənin başqalarının hüquqlarını, məxfiliyi pozmamasını və əqli mülkiyyət hüquqlarına riayət olunmasını təmin etməlidirlər. Eyni tədqiqat nəticələrini birdən çox jurnala təqdim etmək qeyri-etikdir.
Məqalələri təqdim etmək üçün hazırlayarkən müəlliflərə jurnalın etikası və siyasəti ilə tanış olmaları tövsiyə olunur. Tədqiqatın dürüst, dəqiq, məlumat və ya şəkilləri təhrif etmədən aparıldığından əmin olun.
Mənbəni düzgün qeyd etmədən başqa məqalələrdən mətnin təkrar istifadəsi (plagiat - mətnin və ya digər mənbələrdən nəticələrin surətinin çıxarılması) və öz-özünə plagiatlıq (müvafiq istinadlar göstərilmədən müəlliflərin öz çap olunmuş işlərinin əhəmiyyətli hissələrinin istifadəsi) yolverilməzdir. Müəlliflər tədqiqatlarında digər elmi işlərin nəticələrindən istifadə halında həmin mənbəyə istinad etməlidirlər.
Məqalənin müəllifliyi dəqiq şəkildə qeyd edilməli və sıralanmalıdı, bütün müəlliflərin tədqiqat işində faktiki iştirakı həm-müəllif sıralanmasında qeyd edilməlidir.
Məqalələrin rəyə göndərilməsi prosesi ədalətli, qərəzsiz və vaxtında aparılır.
İlk olaraq məqalənin hazırlanmasının Müəllif Təlimatlarında sadalanan tələblərə uyğunluğu yoxlanılır. Daha sonra məqalə rəyə göndərilir və məqalənin əhatə dairəsi, orijinallığı və mahiyyəti qiymətləndirilir.
Rəyin nəticələri müəllifə e-poçt vasitəsilə göndərilir. Məqalə rədd edilərsə və ya əsaslı və ya kiçik düzəliş üçün geri göndərilərsə, bu zaman məqaləyə dair müvafiq şərhlər əlavə edilir.
Redaksiya heyəti generativ Sİ tərəfindən yazılmış məqalələri qəbul etməyəcək.
Tədqiqata təsir edə biləcək hər hansı şəxsi, maliyyə və ya peşəkar maraqların şəffaflığına riayət edilməlidir.
Göstərilən standartlara cavab verməyən təqdimatlar jurnalda nəşr olunması üçün qəbul edilməyəcək.
“Azərbaycanda Geofizika Xəbərləri” elmi-texniki jurnalı Nəşr Etikası Komitəsinin (COPE) etik siyasət və təlimatlarına riayət edir.