Seysmoaktiv bölgələrdə geomaqnit variasiyaların dəyişmə xüsusiyyətləri və seysmikliklə əlaqəsi
Xülasə
Məqalədə zəlzələlər baş vermiş ərazilərdə geomaqnit sahə gərginliyinin anomal dəyişmələri haqqında məlumatlar verilir. Seysmomaqnit effektin yaranma xarakteri zəlzələ ocağında müşahidə olunan geomaqnit rejimlə təyin olunur. Geomaqnit sahəsinin gərginlik qradiyentinin məkan-zamana görə paylanması tədqiqat aparılmış ərazilərin geodinamik rejimini əks etdirir. Qəbələ-Şamaxı geodinamik poliqonunda geomaqnit sahəsinin dəyişməsini əks etdirən sxematik xəritə və qrafiklər tərtib olunmuşdur. İsmayıllının şimal şərq hissəsində müşahidə olunmuş anomaliya intruziv kütlənin effekti kimi qiymətləndirilir. Cəlilabad-Yardımlı-Lerik zonalarında maksimum və minimum tipli intensiv lokal anomal sahələr müşahidə olunur. Bu anomal effektlər dərin qatlarda baş verən geodinamik proseslərlə əlaqəlidir. Perspektivdə anoloji tədqiqatların Qarabağ iqtisadi zonasında davam etdirilməsi nəzərdə tutulur.
Açar sözlər: seysmomaqnit effekt (SME), nT – nanotesla, zəlzələ mexanizmi, geodinamik rejim, ml – maqnituda
İstifadə olunmuş ədəbiyyat:
1. Yetirmishli G.J., Abdullayeva R.R., Ismayilova S.S., Kazimov I.E. STRESS-STRAINED STATE OF THE EARTH'S CRUST OF AZERBAIJAN FOR.2004-2016 YY. SEISMOPROGNOSIS OBSERVATIONS IN THE TERRITORY OF AZERBAIJAN Seismoprogn. Observ.Territ.Azerb. V.13, №1, 2016, pp. 23-31.
2. Геология Азербайджана, том IV, Тектоника, Баку, Издательство "Nafta-Press", 2005, 506 стр. Главные редакторы: академик В.Е.Хаин, академик Ак.А. Ализаде.
3. Зотов О. Д., Гульельми А.В., Собисевич А.Л. О МАГНИТНЫХ ПРЕДВЕСТНИКАХ ЗЕМЛЕТРЯСЕНИЙ.ФИЗИКА ЗЕМЛИ, 2013, № 6, с. 139-147.
4. Рзаев A.Г. и др., 2005 Геомагнитные предвестники землетрясений и их сейсмотектоническая обусловленность «Bilgi», «Техника», г.Баку. №1, с. 94-101.
5. Рзаев A.Г. и др.,2006 Связь аномальных изменений в напряженности геомагнитности геомагнитного поля с сейсмотектоническими процессами в литосфере Земли AMEA Xəbərlər Yer Elmləri, №3, с.58-63.
6. Рзаев A.Г., Исаева М.И. 2006 Магнитные свойства сейсмомагнитные эффекты горных пород Шеки-Шамахинской сейсмогенной зоны. AMEA Xəbərlər. Yer Elmləri, №2. с. 38-41.
7. Рзаев А.Г., Етирмишли Г.Д., Казимова С.Э. 2013. Отражение геодинамического режима в вариациях напряженности геомагнитного поля. Xəbərlər. Yer Elmləri, N4, s. 3-15.
8. RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun və maqnitometriya şöbəsinin hesabatları 2022-2024-ci il.