Buraxılış 1-2 (2022)

AZƏRBAYCAN ƏRAZİSİNDƏ FİLİZ VƏ QEYRİ FİLİZ YATAQLARININ AXTARIŞINDA MAQNİTOMETRİK TƏDQİQATLARIN ROLU

V.M. Babazadə 1, H.Ö. Vəliyev 2, Ş.F. Abdullayeva1, N.N. İsmayılova 3

1Bakı Dövlət Universitetı, 2 AMEA, Respublika Seysmoloji Xidmət mərkəzi

3"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti 

Xülasə

Məqalədə Azərbaycanda metal (dəmir, alüminium, qızıl, gümüş, mis, qurğuşun, civə və s.) və qeyri-metal (neft, qaz, şist, filizlər və s.) yataqlarının kəşfiyyatında maqnitometrik üsulun tətbiqinin məqsədəuyğunluğu və səmərəliliyi elmi cəhətdən əsaslandırılır. Qeyd olunur ki, filiz yataqlarının kəşfiyyatı və işlənilməsi zamanı maqnitometrik üsul kompleks geofiziki metodlarla yanaşı tətbiq edilməlidir. İstənilən mürəkkəblikdəki ərazidə maqnit tədqiqatlarının aparılmasının mümkünlüyü nümayiş etdirilir və maqnit xəritələşdirməsinin aşağı maya dəyəri vurğulanmaqla yanaşı, əldə edilən məlumatların dəqiqliyinin elektrik kəşfiyyatı nəticələri ilə müqayisəolunan səviyyədə olduğu qeyd olunur. Azərbaycanda - ilk növbədə qızıl, dəmir və digər - filiz yataqlarının axtarışında müasir yüksək dəqiqlikli maqnitometrlərin tətbiqi ilə aparılan maqnit tədqiqatlarının səmərəliliyi, 2002-ci ildə Göygöl rayonunda aşkar edilmiş Tulallar yatağı nümunəsində öz əksini tapır. Tulallar yatağında kvarsit törəmələri və çat zonaları boyunca maqnit anomaliyalarının müşahidə edildiyi qeyd olunmuşdur; növbəti kəşfiyyat işləri zamanı maqnitometriya nəticələrinin qabaqcıl proqram təminatı vasitəsilə təhlil edilməsi və digər geofiziki məlumatlarla müqayisə olunması tövsiyə edilmişdir.

Açar sözlər: Geofiziki tədqiqatlar, maqnitometrik üsul, maqnit varıasiyaları, anomal effekt, tektonik pozulma zonası, ferromaqnit minerallar, maqnetit, mis-kolçedan, yatağın konturu.

İstifadə olunmuş ədəbiyyat:

1. Абдуллаев Р.Н., Мустафаев Г.В. и др. 1988. Мезозойские магматические формации Малого Кавказа и связанное с ними оруденение. Баку, Элм, 160 с.

2. Babazadə V.M., Əhmədov D.M., Xələfli A.A. və b. 2009. Filizdaşıyıcı regionların kompleks öyrənilməsində sistemli geoloji-geofiziki tədqiqatlar (Böyük Qafqazın cənub yamacı timsalında). BU Xəbərləri, Təbiət elmləri seriyası, № 4, s.123.

3. Babazadə V.M., Əhmədov D.M., Xələfli A.A., Məmmədov M.N., İmamverdiyev N.Ə. və b. 2010.  Böyük Qafqazın cənub yamacında yeni filiz yataqlarının aşkar edilməsində qravi maqnit planalma materiallarının geoloji təhlili. Bakı Universitetinin xəbərləri. Təbiət elmləri seriyası, №2,  s.107-118.

4. Геология Азербайджана. 2003. Тoм VI. Полезные ископаемые. Баку, Nafta, 577 с.

5. Горячев Н.А. 2014. Благороднометалльный рудогенез и мантийно-коровое взаимодействие. Геология и геофизика. Том 55, № 2. c. 323–332.

6. Ерофеев Л.Я., Орехов А.Н. 2014. Геофизические и петрофизические исследования малосульфидных кварцево-жильных месторождений золота Сибири. Геофизика, № 3. c. 56-61.

7. Исмаил-заде Т.А., Гаджиев Е.Г., Хесин Б.Э. и др. 1985. Петромагнитня карта Азербайджанской ССР. Масштаб 1:500 000 - Л. Картфабрика.

8. Масимов А.А., Ахмедов Д.М., Халафлы А.А. и др. 2007. Перспективы выявления новых рудных месторождений и проявлений на южном склоне Большого Кавказа (по данным дистанционных исследований). Вестник Бакинского Университета (серия естественных науки), № 4, с. 101-109.

9. Минерально-сырьевые ресурсы Азербайджана (условия формирования, законномерности размещения, научные основы прогнозирования). 2005. Под ред. В.М.Баба-заде. Баку, Озан, 808 с.

10. Рзаев А.Г., Етирмишли Г.Д. 2013. Отражение геодинамического  режима в  вариациях напряженности  геомагнитного  поля. Xəbərlər. Yer Elmləri, N4, s. 3-15.

11. Алексеев В.В., Гаджиев Т.Г., Хесин Б.Э. 1988. Грави-магнитные аномалии Азербайджана и их геологическое истолкование. Баку, 63 с.

12.    http://www.esa.int/Our_Activities/Observing_the_Earth/Swarm/Swarm_reveals_Earth_s_

changing_magnetism.  

13. Новиков К.В. 2013. МАГНИТОРАЗВЕДКА, Часть 1 Учебное пособие для студентов-геофизиков очной формы обучения Москва, 138 c. 

PDF