Buraxılış 1-2 (2022)

QAYNARCA PALÇIQ VULKANINDA APARILAN RADİOMETRİK TƏDQİQATLAR

A.R.Əliyeva, R.C.Bağırlı, Х.М.Kərimli

AMEA, Geologiya və Geofizika İnstitutu

Xülasə

Qaynarca palçıq vulkanı Şabrandan 8-10 km cənub-qərbdə, Miosen dövrünün pont çöküntülərində yerləşir. Qaynarca vulkanı hündürlüyü 2-3 m-dən çox olmayan, bünövrəsinin isə diametri 1,5-2 m olan 218 qrif və salsadan ibarətdir. Radiometrik ölçmələr müvafiq olaraq 0-3000 μR/saat və 0-10000 μR/saat diapazonunda qamma-şüalanmanın ekspozisiya dozasının gücünü ölçən SRP-88M və InSpector-1000 radiometrləri ilə aparılmışdır. Müəyyən olunmuşdur ki, Qaynarca palçıq vulkanının ərazisində süxurların və brekçiyada qamma-şüalanmanın ekspozisiya dozasının gücü geniş hüdudlarda dəyişir - 9,5-23 μR/saat. Həmçinin, Qaynarca palçıq vulkanında sopka brekçiyasının xüsusi aktivliyi geniş şəkildə - 106,4-515,12 Bq/kq arasında dəyişməsi təyin edilmişdir. Bu göstəricilər inteqral qamma radiasiyasının ümumi səviyyəsini əks etdirir və süxurlarda mövcud olan radionuklidlərin tərkib və miqdarından asılıdır. Bundan əlavə tədqiqat zamanı iki brekçiya nümunəsi Ra-226, Ra-228 və Rn-222 radionuklidlərinin tərkibinə görə təhlil edilmişdir. Təhlil olunan nümunələrdə Ra-226-nın miqdarı 90 və 92 Bq/kq (norma 370 Bk/kq) olaraq müəyyən edilmişdir, Ra-228 və Rn-222 radionuklidləri isə aşkar edilməmişdir.

Açar sözlər: palçıq vulkanı, radiometrik tədqiqatlar, məruz qalma dozasının gücü, qamma şüalanması, radionuklid tərkibi

İstifadə olunmuş ədəbiyyat:

1. Фейзуллаев А.А., Алиев Ч.С., А.Ш.Мухтаров. О кольцевой морфологии аномалий геофизических и геохимических полей на грязевых вулканах Азербайджана // Xəbərlər Yer Elmləri, №2/2007, стр. 7-10.

2.  Ализаде С.А. Тектоническое районирование Прикаспийско-Кубинской нефтегазоносной области в свете новых данных // Азерб. нефт. хоз-во, 1968, №3, стр. 3-5.

3.  Атлас грязевых вулканов. Издательство “Nafta-Press”, 2015.

4.  Гусейнов Г.А., Ширинов А.М. Новые данные о перспективах нефтегазоносности  Кайнарджинской антиклинали //Азерб. нефт. хоз-во, 1965, №2, стр. 1-3.

5.  Методические указания по пешеходной гамма-съемке при изучении радиационной обстановки различных территорий. Москва, 1999.

6.  Прудкина М.И., Шашкин В.Л. Справочник по радиометрической разведке и радиометрическому анализу. Москва, Энергоатомиздат, 1984, 167 с. 

PDF