SEYSMİK TƏDQİQATIN AVO ANALİZİNƏ ƏSASƏN HASİLAT SAHƏSİNDƏ KƏSİLİŞİN PERSPEKTİVLİ İNTERVALLARININ AŞKAR EDİLMƏSİ
Xülasə
Məqalədə tədqiqat sahəsi, onun geoloji-geofiziki öyrənilməsi barəsində qısa məlumatlar verildikdən sonra aparılan işlərin metodikasından, alınmış nəticələrdən bəhs olunur. İşlərin sahədə yerinə yetirilmə şəraitinin müxtəlifliyi, quruda, dənizdə, kiçik göl və gölməçələrdə işlər aparıldığından, tətbiq edilən dalğa mənbələri və seysmoqəbuledicilər də müxtəlif olmuşlar: partlayış, akustik, vibro mənbələrdən və geofonlar, hidrofonlar, marşfonlardan istifadə edilmişdir. Bu da öz növbəsində seysmik yazılardan vahid 3D kubunun alınması məsələsini vacib və aktual etmişdir. Modelləşdirmədən istifadə etməklə bu məsələ həll edilmişdir.
Tədqiqat sahəsində yaxşı kollektorluq xassələri ilə seçilən anomal kəsiliş hissələrinin və onların planda yerlərinin müəyyən edilməsi məqsədilə “ekspres AVO-analiz” aparılmışdır. AVO-analizin hesablamaları Şue tənliyinin ikihədli variantında aparılmışdır, yəni uzununa dalğanın (P-dalğasının) normal düşmə halı üçün əksetdiricilik qabiliyyəti (A əmsalı) və həmin P-dalğasının ayırıcı sərhədə aralıq düşmə bucaqlarında (0-300 bucaqlarda) əksetdirilmə qabiliyyətini səciyyələndirən qradiyent (B əmsalı) hesablanmışdır.
Aparılmış AVO-analiz nəticəsində gömülmüş Hasilat-2 paleoqalxımının yamacında Miosenin yuxarılarında kollektor xassələrinin yaxşılaşdığı zona ayrılmış və xəritələndirilmişdir. Dinamik (amplitud) kəsilişlərdə bu zona zəif amplitudlu seysmik yazı fonunda öz intensivliyi ilə seçilir. Bu anomaliyanın konturları SH – V seysmik horizontu üzrə minimal amplitudlar xəritəsi üzərində göstərilmişdir.
Açar sözlər: 3D seysmik kəşfiyyat, seysmik horizont, AVO-analiz, Klauder siqnalı, modelləşdirmə, minimal-fazalı impuls, anomaliya
İstifadə olunmuş ədəbiyyat:
1. Ахмедов Т. Р. Динамический анализ данных сейсморазведки 3D площади Говсан с целью выделения перспективных участков на нефть и газ // М.: Геоинформатика 2017. №4. C. 2-6.
2. Воскресенский Ю. Н. Состояние и перспективы развития методов анализа амплитуд сейсмических отражений для прогнозирования залежей углеводородов // Геология, методы поисков, разведки и оценки месторождений топливно-энергетического сырья. Вып. 4 -5. М.:Геоинформцентр, 2002. 77 с.
3. Геология нефтяных и газовых месторождений Азербайджана / А. А. Ализаде, Г. А. Ахмедов, А. М. Ахмедов и др. М.: Недра, 1966, с. 311-313.
4. Логинов Д.В., Лаврик С.А., Некоторые методы определения информативного набора сейсмических атрибутов для прогнозирования свойств коллекторов // Нефтегазовая геология. Теория и практика. М.: 2010, №5, C. 8-14.
5. Продуктивная толща Азербайджана, Том I и II / А.А. Ализаде и др., М, Недра, 2018.
6. Шерифф Р., Гелдарт Л. Сейсморазведка. Обработка и интерпретация данных / Под редакцией д-ра физ.-мат. наук, проф. А.В. Калинина. М.: Мир, 1987. 400 с.
7. Dubrule O., Geostatistics for seismic data integration in Earth models // Tulsa, Oklahoma: Society of Exploration Geophysicist, 2003, 283 p.
8. Feng H., Bancroft J. AVO principles, processing and inversion // CREWES Research Report, Vol.18, p. 200.