NEYTRON AKTİVLƏŞMƏ ÜSULUNUN KÖMƏYİ İLƏ ÇÖKMƏ SÜXURLARINDA MAKRO VƏ MİKRO ELEMENT TƏRKİBİNİN TƏYİNİ
Xülasə
Son zamanlar müxtəlif geoloji məsələlərin həllində, əsasən süxurların element tərkibinin təyinində neytron tədqiqatlar geniş yer alıb. Süxurların element tərkibinin öyrənilməsi onların mənşəyi barədə birmənalı məlumat verir. Bu məqsəd ilə Böyük Qafqazın cənub-şərq qurtaracağında yerləşən təbii geoloji kəsilişlərdən tədqiqat üçün nümunələr götürülmüşdür. Tədqiq olunan geoloji nümunələrin tərkibində makro və mikro elementlərin paylanması Birləşmiş Nüvə Tədqiqatları institutunun, Neytron Fizikası laboratoriyasında yerləşən İBR-2 elmi tədqiqat reaktorundan istifadə edərək neytron aktivləşmə analizi (NAA) üsulunun köməyi ilə öyrənilib. Tədqiq olunan süxurlarda makro və mikro elementlərin konsentrasiyası ilə yanaşı müvafiq olaraq üst qitə qabığının (UCC), Arxeyadan sonrakı Avstraliya şistlərinin (PAAS) və Şimali Amerikanın gilli şistlərinin (NASC) tərkibindəki elementlərin konsentrasiyası müqayisə olunub. Belə bir müqayisə tədqiq olunan süxurların əmələ gəlmə şəraitinin öyrənilməsinə imkan yaradır.
Açar sözlər: süxurların element tərkibi, neytron-aktivləşdirmə analizi
İstifadə olunmuş ədəbiyyat:
1. Фронтасьева М.В. Нейтронный активационный анализ в науках о жизни, ЭЧАЯ, т. 42 вып. 2, 2011.
2. Ч.С.Алиев. Гамма-спектрометрия мезокайнозойских отложений Восточного Азербайджана. Xəbərlər Yer Elmləri, №3/2006, с. 49-57.
3. Гутько В.И. Активационный анализ. Минск 2008, С. 24-71.
4. Cristache С., Gméling К., Culicov O, Frontasyeva M.V., Toma M. and Duliu O.G.. J. Radioanal. Nucl. Chem. 279, 7-12, 2009
5. Mosulishvili L. M., Kirkesali Ye. I., Belokobylsky A. I., Khizanishvili A. I., Frontasyeva M. V., Gundorina S. F. and Oprea C. D.. Journal Radioanal. Nucl. Chem. 252, 15-20, 2002.
6. Taylor S.R. and McLennan S.M.. The Continental Crust, Its Composition, Evolution. Blakwell, Oxford 1985.
7. Peter L. Gromet et al. The “North American shale composite”: Its compilation major and trace element characteristics. Geochim. Cosmochim. Acta vol. 48 pp. 2469-2432, U.S.A. 1984.
8. Ujvari G., Varga A., Balogh-Brunstad Z., 2008. Origin, weathering, and geochemical composition of loess in southwestern Hungary. Quaternary Research 69, 421-437.
9. Song Y., Chen X., Qian L., Li C., Li Y., Li X., 2014. Distribution and composition of loess sediments in the Ili Basin, Central Asia. Quaternary International 334-335, 61-73.
10. Nesbitt H.W., Young G.M., 1984. Prediction of some weathering trends of plutonic and volcanic rocks based on thermodynamic and kinetic considerations. Geochimica et Cosmochimica Acta 48, 1523-1534.
11. McLennan, S.M., 2001. Relationships between the trace element composition of sedimentary rocks and upper continental crust. Geochemistry, Geophysics, Geosystems 2 (24), 2000GC000109.
12. Bhatia, M.R. and Crook, K.A.W. (1986) Trace Element Characteristics of Greywackes and Tectonic Setting Discrimination of Sedimentary Basins. Contributions to Mineralogy and Petrology, 92, 181-193.Guliyev I.S., Abdullayev N.R., Huseynova Sh.M. Distribution and Volume of rocks in Sedimentary basins – Unusual case of the South Caspian Basin. SOCAR Proceedings No.3 (2020) 004 – 010.